Maaşlar ayda 2 dəfə veriləcək – YENİ QAYDA
Əmək haqqının verilməsi müddətləri qaydalarında dəyişiklik edilib.
Az24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Daha əvvəl aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməli idi. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməli idi.
Qanuna əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.
Reklam
Oxşar xəbərlər
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Minimum əmək haqqı anlayışı dəyişdirildi
Bu yolda sürət həddi endirildi
İxtisar zamanı bu şəxslərə toxunulmayacaq
Sosial şəbəkələrdə bunu edənlər cəzalandırılacaq
Azərbaycana soyuq hava dalğası gəlir
Valideynlik hüquqları hansı hallarda məhdudlaşdırılır?