“Liverpul” Salahın yerini türkiyəli futbolçu ilə gücləndirmək istəyir – FOTO

“Liverpul” Salahın yerini türkiyəli futbolçu ilə gücləndirmək istəyir – FOTO

İdman 31.12.2025 12:14 22

İngiltərənin Premyer Liqa təmsilçisi “Liverpul”un İtaliya klubu “Yuventus”da çıxış edən türkiyəli futbolçu Kənan Yıldızı transfer siyahısına daxil etdiyi iddia olunur.

Az24.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, mersisaydlılar mümkün ayrılıq ehtimalı olan Mohamed Salahın yerini gənc futbolçu ilə gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, bu mövsüm 13 qol və 8 assistlə diqqət çəkən Kənan Yıldız “Liverpul”un skautlarının yaxından izlədiyi oyunçular arasındadır. İngilis klubunun transfer üçün 100 milyon avro ayırmağa hazır ola biləcəyi də vurğulanır.

Reklam