Litva Azərbaycana görə Rusiyaya NOTA VERDİ
Litva Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi raket hücumlarına və nəticədə Azərbaycanın Kiyevdəki səfirliyinə dəymiş ziyana görə rəsmi Moskvaya nota verib.
Az24.az xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Rəsmi Vilnüs qeyd edib ki, 14 noyabrda Rusiya tərəfindən atılan raket Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinə ciddi ziyan vurub. Litva bu hadisəni Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirib.
Bəyanatda bildirilir:
“14 noyabr hücumu zamanı Rusiya raketi Azərbaycanın Kiyevdəki səfirliyinə dəyib. Bu, diplomatik missiyaların toxunulmazlığına qarşı açıq təcavüzdür və Vyana Konvensiyasının ciddi şəkildə pozulması deməkdir. Litva Azərbaycan XİN-ə və Azərbaycan diplomatlarına tam həmrəyliyini bildirir”.
Litvanın XİN-i Rusiyanın davam edən raket hücumlarını beynəlxalq hüquqa zidd addımlar kimi dəyərləndirərək, bu cür hücumların regional təhlükəsizliyi daha da gərginləşdirdiyini vurğulayıb. Baltik ölkəsi həm Ukraynaya, həm də Azərbaycana dəstəyini bir daha təsdiqləyib.
Reklam
Oxşar xəbərlər
Prezidentin BƏƏ-yə səfəri başa çatdı
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
“Azərbaycan Tayvanın müstəqilliyini tanımır” – Ceyhun Bayramov
Baş Nazirdən yeni QƏRAR
“Epşteyn işi”ndə adı hallanan Elmar Məmmədyarovdan AÇIQLAMA
Bakı oyuna girir: İran gərginliyində KRİTİK ZƏNG
İrana hücum hazırlığı bitdi: Bir azdan “sükut” pozulacaq
Prezident bu icra başçısını işdən çıxardı – FOTO