Lənkəranda AĞIR QƏZA: xəsarət alanlar var
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Az24.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının 164-cü kilometrliyində, Girdəni kəndi ərazisində baş verib.
Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili Astara rayonunun Siyəkü kənd sakini, 1976-cı il təvəllüdlü Habil Gülağa oğlu Zəhidovun idarə etdiyi DAF markalı ağır tonajlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində VAZ-2107-də olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırılıblar.
İlkin ehtimallara görə, qəza minik avtomobilinin əks hərəkət zolağına çıxması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Reklam
Oxşar xəbərlər
7 yaşlı uşaq BIÇAQLANDI
05.02.2026
13:34
Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
05.02.2026
13:00
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
05.02.2026
09:49
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü
04.02.2026
14:08
Tuneldə geriyə hərəkət edən TIR qəzaya səbəb oldu – ANBAAN VİDEO
04.02.2026
12:31
Müdafiə Nazirliyinin sabiq mayoru həbs edildi
03.02.2026
21:05
Bakıda ağır qəza ANBAAN GÖRÜNTÜLƏNDİ – VİDEO
02.02.2026
13:59
BDU-nun tələbəsi faciəli şəkildə öldü – FOTO
02.02.2026
13:10
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: Əmi qardaşı uşaqlarını baltaladı
01.02.2026
19:28