Kürdəmirdə avtomobil aşdı: xəsarət alanlar var – VİDEO

Kürdəmirdə avtomobil aşdı: xəsarət alanlar var – VİDEO

Hadisə 01.01.2026 14:27 22

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Az24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor -Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü İbrahim Novruzov İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Reklam