Klinikası bağlanan saxta ginekoloq nazir olmaq istəyir – VİDEO
Diplomları və sertifikatları saxta çıxan uzman ginekoloq kimi fəaliyyət göstərən Turanə Nəsibova nazir olmaq arzusuna düşüb.
Az24.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə dövlət qurumlarına müraciət edərək bağlanan obyektlərini geri istəyir. Əks halda o, nazir postuna iddialıdır: “Obyektlərimi geri qaytarmırlarsa, mən nazir postunu istəyirəm. Mən buna layiqəm”.
Xatırladaq ki, bir neçə ay əvvəl mediada Turanə Nəsibova haqqında xeyli müzakirələr aparılıb.
Müzakirələrdən sonra 5 ali təhsilinin olduğunu deyən, 8 dildə danışa bildiyini söyləyən, 178 sertifikat aldığını vurğulayan, özünü uzman ginekoloq kimi təqdim edən Turanə Nəsibova ilə bağlı yoxlamalar başladı. Yoxlamalar zamanı onun diplomlarının və sertifikatlarının saxta olduğu üzə çıxdı.
Onun paylaşımlardan belə məlum olur ki, saxtakarlığı ifşa olunandan sonra onun fəaliyyəti yoxlanılıb və qanunsuzluqlar aşkar edildiyi üçün klinikası qapadılıb.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək