“Kızılcık şerbeti”ndə yeni QALMAQAL – “Fatih” serialdan ayrılır?
Son dövrlərdə baş verən qalmaqallarla gündəmə gələn “Kızılcık Şerbeti” serialının əsas heyətindəki ayrılıqlardan sonra vəziyyət hələ də sakitləşmir.
Az24.az xəbər verir ki, dördüncü mövsümü davam edən serialda bu dəfə “Fatih” obrazını canlandıran aktyor Doğukan Güngör “Kızılcık Şerbeti” serialında yenilənmiş titr sıralamasından narazı qalıb.
Yeni sezonda heyətə qoşulan aktrisa Seray Kayanın adının titrdə onun önündə yazılması aktyorun ciddi etirazına səbəb olub.

Məsələ bundan sonra daha da böyüyüb. Xəbərlərə görə, Doğukan Güngör sıralamanın dəyişdirilməsinə qarşı çıxdığı üçün serialın rəsmi sosial media hesabını təqibdən çıxarıb. Bu addım isə ekran arxasında gərginlik yaşandığı barədə iddiaları artırıb.
Aktyorun davranışı komanda daxilində narazılıq yaradıb. Hətta bəzi mənbələr Doğukan Güngörün serialdan ayrılacağı barədə iddiaların gündəmə gəldiyini bildirir.
Serial tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Reklam
Oxşar xəbərlər
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir