Kiyevə raket hücumu zamanı Azərbaycan səfirliyinə ciddi ziyan dəyib

Kiyevə raket hücumu zamanı Azərbaycan səfirliyinə ciddi ziyan dəyib

Siyasət 14.11.2025 15:00 4

Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.

Az24.az xəbər verir ki, AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib. Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Ukraynanın müvafiq qurumları da gələrək, dəyən ziyanı araşdırırlar.

Reklam