Kiyevə kütləvi raket və dron hücumu: Ölənlər və yaralananlar var
Bu gecə Ukraynanın paytaxtı Kiyev şəhəri Rusiya ordusu tərəfindən qanadlı və ballistik raketlərdən, eləcə də kamikadze dronlardan istifadə etməklə kütləvi hücuma məruz qalıb.
Az24.az report-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti xəbər yayıb.
Qeyd olunub ki, zərbələr nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Xilasedicilər 18 nəfəri təxliyə edə bilib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, “Kalibr” qanadlı raketlər Novorossiysk ərazisindən buraxılıb. Bryansk ərazisindən də bir neçə ballistik raket atışı qeydə alınıb və MiQ-31K təyyarəsi Kinjal aeroballistik raketlərini atıb.
Zərbələr həmçinin ən azı iki hündürmərtəbəli binaya ziyan vuraraq yanğınlara səbəb olub. Hadisə yerində fövqəladə hallar xidməti işləyir.
Bundan əlavə, ölkənin Energetika Nazirliyi Ukraynanın enerji obyektlərinə irimiqyaslı zərbələr endirilməsi barədə məlumat verib ki, bu da “zərərin operativ qiymətləndirilməsini və sonradan bərpa işlərinə hazırlığı tələb edəcək”.
Bu arada Ukrayna ordusunun Rusiyanın Rostov vilayətinə hücumu nəticəsində üç nəfər həlak olub, 10 şəxs isə yaralanıb.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO