Kiyev Türkiyənin xəbərdarlıqlarını görməzdən gəlir – Zaxarova

Kiyev Türkiyənin xəbərdarlıqlarını görməzdən gəlir – Zaxarova

Dünya 04.12.2025 23:09 17

Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna ordusunun Qara dənizdə yenidən hücum həyata keçirməsi Kiyevin Türkiyənin xəbərdarlıqlarını nəzərə almadığını göstərir.

Az24.az xəbər verir ki, Zaxarova deyib ki, Rusiyadan Gürcüstana günəbaxan yağı aparan Midvolqa-2 tankerinin Türkiyə sahillərindən 80 mil uzaqda pilotsuz qayıqlarla vurulması Kiyevin Ankara və Astananın əvvəlki etirazlarına baxmayaraq, hücumları davam etdirdiyini göstərir.

O vurğulayıb ki, Ukraynanın Qara dənizdəki bu hücumlarının məqsədi sülh prosesini pozmaq və bölgədə dəniz təhlükəsizliyinə zərər vurmaqdır.

Dəniz

Reklam