Kiyev merindən əhaliyə ÇAĞIRIŞ: Şəhəri TƏRK EDİN

Kiyev merindən əhaliyə ÇAĞIRIŞ: Şəhəri TƏRK EDİN

Dünya 09.01.2026 16:22 702

Kiyev şəhərinin meri Vitali Kliçko paytaxt sakinlərini müvəqqəti olaraq şəhəri tərk etməyə çağırıb.

Az24.az xəbər verir ki, mer bu çağırışın səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, alternativ elektrik və istilik mənbələri olan bölgələrə getmək imkanı olan şəxslər hazırkı şəraitdə Kiyevdən kənarda qalmağı nəzərdən keçirməlidirlər.

“Alternativ elektrik və istilik mənbələri olan yerlərə getmək imkanı olan sakinləri şəhəri müvəqqəti olaraq tərk etməyə çağırıram”,– deyə Kliçko bildirib.

Qeyd edək ki, Rusiyanın gecə saatlarında endirdiyi zərbələrdən sonra Kiyevin böyük hissəsində istilik və su təchizatı ilə bağlı ciddi problemlər yaranıb. Bu vəziyyət şəhərdə həyat şəraitini xeyli çətinləşdirib.

Dəniz

Reklam