Kişinin arvadına vurduğu şillə ona baha başa gəldi – QƏRAR
Bakıda kişi arvadına üç şillə vurduğu üçün cərimələnib.
Az24.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Şahin Məmmədov (adı və soyadı şərtidir) 2013-cü ildə ailə qurub və birgə nikahdan iki övladları dünyaya gəlib.
Bir müddət əvvəl həyat yoldaşı Şahinin ona xəyanət etməsindən şübhələnib və aralarında mübahisə yaranıb.
Mübahisədən sonra Şahin evdə çörək yeyərkən arvadına suallar verib. Ondan küsən arvadı isə ona cavab verməyib və stoldan duraraq yataq otağına gedib. Şahin əsəbiləşərək onun arxasınca yataq otağına keçib və mübahisə davam edib. Mübahisə nəticəsində Şahin həyat yoldaşına üç şillə vurub.
Qadın səhər saatlarında polisə müraciət edib. Hadisə yerinə polis əməkdaşları gəliblər və Şahin saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Ş.Məmmədov 1000 (min) manat cərimə edilib. (Oxu.az)
Reklam
Oxşar xəbərlər
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?
Yağış, çiskin, duman – Sabahın havası
Bu xəstəxana yeni adla fəaliyyət göstərir