Kişi anasının görkəmində 3 il yaşayaraq pensiya aldı — Polis fırıldağı üzə çıxardı
İtaliyanın Borgo Virgilio şəhərində yaşayan 56 yaşlı bir kişi, 2022-ci ildə vəfat etmiş anasının ölümünü gizlədərək onun adına pensiya almağa davam edib.
AZ24.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Məlumatda bildirilir ki, şübhəli kişi bu müddət ərzində anasının görkəmini almaq üçün makyaj, peruk, köhnə qadın geyimləri və zərgərlik əşyalarından istifadə edib. Pensiya almaq üçün bəzən hətta şəxsiyyət vəsiqəsi yeniləmə prosedurlarında da anası adı ilə iştirak edib.
Saxtakarlıq həmin şəxs şəxsiyyət vəsiqəsini yenilənməsi üçün bələdiyyəyə müraciət edərkən ortaya çıxıb. İşçilər fərqi anlayıb polislə əlaqə saxlayıblar və aparılan araşdırmada yaşlı qadının cəsədinin evdə gizləndiyi aşkarlanıb.
Polisin evdə apardığı baxış zamanı qadının bədəninin mumiyalaşmış halda camaşır otağında gizlədilmiş vəziyyətdə olduğu bildirildi. İtaliya mediası qeyd edir ki, saxtakarlıq sayəsində həmin şəxs analıq pensiyası və ailəyə məxsus mülklərin gəlirlərindən illik təxminən 53 000 avro qazanıb.
Reklam
Oxşar xəbərlər
Dünyanın ən çox əhalisi olan şəhərlərinin siyahısı açıqlandı
Çevriliş oldu, prezident həbs olundu – Bu ölkədə
Bu ölkədə qadın qətllərinə görə ömürlük həbs cəzası veriləcək
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir