Kilo almağın qarşısını alan qidalar – Arıqlamaq istəyənlər oxusun
Yeni bir araşdırmaya görə, kilo artımının qarşısını ala bilən bəzi qidalar,hətta yüksək yağlı pəhriz zamanı belə təsirli ola bilər. Məsələnin əsas sirri isə bağırsaqlarda yaşayan Turicibacter adlı bakteriya ilə bağlıdır. Məlum olub ki, paxlalılar, mərci və gavalı şirəsi kimi qidalar yüksək yağlı pəhriz tətbiq edən insanlarda belə kilo artımını azalda bilər.
ABŞ-da Yuta Universitetində aparılan yeni araşdırma bağırsaqlarda mövcud olan Turicibacter bakteriyasının çəkiyə nəzarətdə mühüm rol oynaya biləcəyini göstərib. Tədqiqatçılar yüksək yağlı qidalarla bəslənən siçanları səkkiz həftə ərzində müşahidə ediblər. Siçanların bir qrupuna Turicibacter tərkibli əlavələr verilib, digər qrup isə heç bir dəstək almayıb.
Araşdırmanın sonunda əlavə almayan siçanların bədən çəkisinin təxminən 25 faiz artdığı müəyyən edilib. Buna qarşılıq, Turicibacter verilən siçanlarda çəki artımı təxminən 10 faiz ilə məhdudlaşıb.
Tədqiqatçılar bildiriblər ki, bu nəticələr insanlarda kilo artımının qarşısını almağa yönəlmiş yeni üsulların inkişafına yol aça bilər. Lakin Turicibacter tərkibli əlavələrin hələlik geniş şəkildə mövcud olmadığı da vurğulanıb.
Lifli qidalanma ön plana çıxır
Daha əvvəl aparılan araşdırmalar göstərib ki, Turicibacterin miqdarı lif baxımından zəngin meyvə və tərəvəz əsaslı qidalanma ilə artırıla bilər. Mütəxəssislərə görə lif bağırsaqlardakı faydalı mikroorqanizmlər üçün əsas qida mənbəyi rolunu oynayır.
Mütəxəssislər vurğulayır ki, Turicibacter bakteriyası yüksək yağlı pəhrizlərdə inkişaf etməkdə çətinlik çəkir. Bu səbəbdən doymuş yağ nisbəti yüksək olan qidalanma bu bakteriyanın bağırsaqlardakı mövcudluğunu azalda bilər.
Araşdırmada Turicibacter verilən siçanların bağırsaqlarında seramid adlanan yağ molekullarının daha aşağı səviyyədə olduğu müəyyən edilib. Seramidlərin tip 2 diabet və ürək-damar xəstəlikləri ilə əlaqəli olduğu məlumdur. Yüksək yağlı pəhrizlə bəslənən siçanlarda seramid səviyyəsi millilitrə təxminən 300 pikomol, Turicibacter alan siçanlarda isə təxminən 200 pikomol olub.
Tədqiqatçılar hesab edirlər ki, bakteriyanın yağ molekullarını parçalama qabiliyyəti kilo artımını ləngitmiş ola bilər.
Hansı qidalar dəstəkləyir?
Mütəxəssislərə görə Turicibacteri dəstəkləyə bilən qidalar bunlardır:
Soğan, sarımsaq, ənginar, quşqonmaz, kakao, inulin tərkibli qidalar, Zeytun yağı kimi omega-9 yağ turşuları, avokado, badam və kaju.
Dəniz
Reklam
Oxşar xəbərlər
Gənc və sağlam qalmağın SİRRİ – Faydalı səhər vərdişləri
İspanaq yarpağının faydaları – “Təməl Rəis” haqlı idimi?
Yuxunu və sağlamlığı səssizcə pozan AMİLLƏR – Onlardan UZAQ DURUN
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?