“Kəpəz” “Zirə”yə uduzdu, “Turan Tovuz” “Neftçi” ilə heç-heçə etdi
Misli Premyer Liqasının 13-cü turu iki oyunla başlayıb.
Günün ilk qarşılaşması Yevlax şəhər stadionunda keçirilib.
“Kəpəz” öz meydanında “Zirə”ni qəbul edib və matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qolları 61-ci dəqiqədə Leroy Mikels, 84-cü dəqiqədə isə İssa Cibrila vurub. Komandaların ilk dövrədəki görüşündə də “Zirə” 5:0 hesabı ilə qalib gəlmişdi.
Tovuz şəhər stadionunda keçirilən günün digər matçında “Turan Tovuz” “Neftçi”ni qəbul edib. Gərgin mübarizə ilə keçən qarşılaşmada qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb. İlk dövrədə bu komandalar arasında keçirilən oyunda “Turan Tovuz” səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub etmişdi.
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
11.01.2026
21:56
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
10.01.2026
20:53
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
09.01.2026
23:20
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
09.01.2026
21:18
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
09.01.2026
11:47
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi
08.01.2026
21:45
“Beşiktaş”dan ayrılan Mert Günok “Fənərbaxça” ilə razılaşdı
08.01.2026
20:29