Kəndlərdə yaşayan müəllimlərə kommunal xidmətlərdən azad ediləcək? – AÇIQLAMA
Ucqar kəndlərdə çalışan müəllimlərin sosial təminatı uzun müddətdir müzakirə mövzusu olaraq qalır. Xüsusilə, kommunal xidmətlərin baha olması bu bölgələrdə həm müəllimlərin, həm də ümumilikdə əhalinin yaşayışını çətinləşdirən əsas amillərdən biridir. Maraqlıdır, kənddə yaşayan müəllimlərə işıq, qaz, su və internet xərcləri ilə bağlı güzəştlər tətbiq oluna bilərmi?
Az24.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, mövzu gündəmdə olmasa da, belə bir addımın atılması doğru olardı.
Ekspertin sözlərinə görə, kommunal güzəştlər təkcə müəllimlərə deyil, ümumilikdə ucqar və dağ kəndlərində yaşayan bütün əhaliyə şamil edilməlidir:
“Təəssüf ki, hazırda belə bir məsələ müzakirə olunmur. Halbuki bu, olduqca vacib addım olardı. İnsanların öz yurdlarını tərk edib böyük şəhərlərə köçməsinin əsas səbəblərindən biri də kommunal xidmətlərin baha olmasıdır”.
Natiq Cəfərli qeyd edib ki, kənd yerlərində, xüsusən də dağ kəndlərində evlərin sahəsi böyük olur və qazla isitmə ciddi maliyyə yükü yaradır:
“Sahəsi geniş olan evlərin qızdırılması böyük vəsait tələb edir. Bu problem xüsusilə dağ və ucqar kəndlərdə yaşayan ailələr üçün daha kəskindir. Ona görə də kommunal xidmətlərdə güzəştlər mütləq müzakirə edilməlidir”.
Ekspert əlavə edib ki, bir çox ölkələrdə ucqar və çətin iqlim şəraitində yaşayan əhali üçün kommunal sahədə xüsusi güzəşt mexanizmləri mövcuddur və Azərbaycan üçün də bu təcrübədən yararlanmaq mümkündür.
Reklam
Oxşar xəbərlər
“Neqodnı”lar bu halda cərimələnə və həbs oluna bilərlər
Adnan Əhmədzadə həbsdən azad oluna bilər
Vilayət Eyvazov yeni vəzifəyə seçildi
Vətən müharibəsi iştirakçısı Ukraynada gedən döyüşlərdə itkin düşdü
Unun topdansatış qiymətləri AÇIQLANDI
Bakıda binalar üçün yeni qaydalar – Evlərin qiyməti artacaq?
Bu kollecə qəbulda imtahan fənlərinin sayı azaldıldı
