Kənan Yıldız klubla razılığa gəldi – Yeni müqavilə və rekord maaş
İtaliya A Seriyası təmsilçisi “Yuventus” türkiyəli futbolçu Kənan Yıldızla yeni müqavilə danışıqlarında razılıq əldə edib.
AZ24.az xəbər verir ki, İtaliya mətbuatının yaydığı məlumata görə, Turin klubu gənc futbolçunun maaşında ciddi artıma gedib. Tanınmış jurnalist Nikolo Skiranın xəbərinə əsasən, “qoca sinyora” Kənan Yıldızın illik məvacibini 6 milyon avroya yüksəldib.
Bildirilir ki, tərəflər yeni müqavilənin müddəti ilə bağlı da razılığa gəliblər. Klub rəhbərliyi futbolçu ilə müqaviləni 2030 və ya 2031-ci ilə qədər uzatmağı planlaşdırır və bütün detallarla bağlı razılaşma əldə olunub.
Qeyd edək ki, Kənan Yıldız gənc yaşına baxmayaraq “Yuventus”un əsas heyətində göstərdiyi stabil çıxışla diqqət mərkəzinə düşüb və klubun gələcək planlarında vacib fiqurlardan biri hesab olunur.
Reklam
Oxşar xəbərlər
“Fənərbağça” daha bir transferi bitirdi
“Qarabağ”ın futbolçusu İspaniya klubuna keçdi
Dünya Karate Federasiyasından Rafael Ağayevlə bağlı paylaşım – FOTO
“Beşiktaş” onlarla yollarını ayırdı
Prezidentin təltif etdiyi idmançılar kimlərdir? – FOTO
“Fənərbaxça”nın prezidenti ilə bağlı qərar verildi
Futbolda FETÖ istintaqı: 4 nəfər həbs edildi