Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir – Arayik Harutyunyan
Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum.
AZ24.az xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəxs Arayik Harutyunyan deyib.
“Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Reklam
Oxşar xəbərlər
Ramil Saatov faciəli şəkildə vəfat etdi – FOTO
“Socar”ın əməkdaşı həbs olundu
Bakıda 19 yaşlı gənc öldü – FOTO
İtkin düşmüş balıqçılardan digərinin meyiti İranda tapıldı
Beyləqanda kanalizasiyaya düşərək ölən azyaşlının FOTOsu
Beyləqanda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb
Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb
Sumqayıtda baş verən yanğın söndürüldü – VİDEO – YENİLƏNİB