Keçmiş icra başçısının oğlu qonşusunu güllələdi – YENİLƏNİB
Yevlaxda baş verən silahlı insidentin bəzi detalları məlum olub.
AZ24.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvar ayının 16-da rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.
Kənd sakini 1980-ci il təvəllüdlü Qoşqar Novruzova məxsus mal-qara 1987-cı il təvəllüdlü Zaur Səmədovun əkin sahəsinə girib. Bitkilərə ziyan dəydiyi üçün tərəflər arasında mübahisə düşüb. Nəticədə Z.Səmədov özünə məxsus ov tüfəngi ilə Q.Novruzova atəş açaraq onu ayağından yaralayıb.
Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı, 2019-cu korrupsiya ittihamı ilə həbs olunmuş və 2023-cü ildə dünyasının dəyişmiş Qoca Səmədovun oğludur.
***
Bu gün Yevlaxda silahlı insident baş verib.
Hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib.
Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.
Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi. (Qafqazinfo)
Reklam
Oxşar xəbərlər
Sərxoş sürücü yolda təhlükə yaratdı – ANBAAN VİDEO
Vəfat edən biznesmen vəzifəli şəxsin atası imiş – FOTO
Bakıda AĞIR QƏZA: Maşın beton arakəsməyə çırpıldı – VİDEO
Türkiyəli tələbələr Naxçıvanda dəm qazdan boğuldular
Osmanqızı, Qafarov və Manafovla bağlı məhkəmə QƏRAR VERDİ
Bakıda avtomobil yandı – Nəqliyyatı iflic etdi
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu