Keçəllikdən bu bitkinin köməyi ilə qurtuldu – FOTO
Azərbaycanda bir sosial şəbəkə istifadəçisi illərlə davam edən keçəllik problemini sadə bitki qarışığı ilə aradan qaldırdığını iddia edib.
Az24.az xəbər verir ki, Azər Nəsirovun “Facebook”dakı paylaşımı qısa müddətdə böyük maraq doğurub.
Şəxsin sözlərinə görə, 2020-ci ilə qədər başında tam keçəllik olub, lakin bir kitabda oxuduğu məlumatdan sonra vəziyyəti dəyişib.
O bildirib ki, əməköməci adlı yabanı otu dərib yaxşıca yuyub, ətçəkən maşından keçirib və dermaroller (tikanlı diyircəkli daraq) vasitəsilə baş dərisini masaj edəndən sonra bitkinin suyunu saç diblərinə çəkib.

O, proseduru həftədə 3 dəfə olmaqla 4–5 ay tətbiq etdiyini, nəticədə isə qısa müddətdə qara və sağlam saçların çıxmağa başladığını iddia edir.
Həmçinin o, şampun istifadə etməməyi, saçları “Nevskaya sabun — Deqtyarnoye (140 qram)” ilə yumağı tövsiyə edib.
O, bu prosesin cəmi 3–4 manata başa gəldiyini bildirilib.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR