Kamran Əsədov elə rahat idi ki, təəccübləndim – Məleykə Abbaszadə
İstintaq aparılarkən, bu işin arxasında kimlərin dayandığı barədə məlumatımız yox idi. Birinci qrupla bağlı ittiham aktı təqdim olundu və məhkəmə prosesi keçirildi. Daha sonra ikinci ittiham aktı təqdim ediləndə, sənədi hüquqşünaslarımıza verdim ki, prosesi izləyib lazımi hazırlığı görsünlər. Hüquqşünaslarımız mənə həmin ittiham aktında dırnaqarası “təhsil eksperti”nin adının keçdiyini bildirdilər və bu, məni təəccübləndirdi.
AZ24.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
“Çünki cəmi bir həftə əvvəl həmin şəxs rəsmi tədbirlərin birində rektorlarla mehriban söhbət edirdi. Halbuki o, həmin vaxt artıq ittiham aktından xəbərdar idi. Bilə-bilə bu qədər rahat davranması, heç nə olmamış kimi görünməsi məni təəccübləndirdi”, – o əlavə edib.
Məleykə Abbaszadə vurğulayıb ki, əlavə təhlillər aparılacaq və yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric ediləcək:
“Bu ittiham aktı bizim üçün bəzi vacib məqamları aydınlaşdırdı. Onun əsasında əlavə təhlillər aparacağıq. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən, əgər yeni saxtakarlıq halları aşkarlanarsa, həmin şəxslərin ali məktəblərdən xaric edilməsinə dair hüququmuz var və bu səlahiyyətdən istifadə ediləcək”.
Reklam
Oxşar xəbərlər
Bu halda 40 manat cərimələnə bilərsiniz – Sürücülərin NƏZƏRİNƏ
Buraxılış imtahanları apreldə keçiriləcək? – DİM sədri
Somalidən Azərbaycana gətirilən ətlər satışa çıxacaq? – AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR
Qadınların pensiya yaşı ilə bağlı MÜHÜM XƏBƏR
Kamran Əsədov və digərləri ilə bağlı istintaq tamamlandı
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib – FOTO
Azərbaycanda ov mövsümü açılır