Kadırovun oğlu qəzaya düşdü, vəziyyəti ağırdır
Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adəm Kadırov avtomobil qəzasına düşüb.
AZ24.az unikal-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın müxalif “Telegram” kanalları məlumat yayıb. Adəmin vəziyyətinin ağır olduğu, Moskvaya təxliyə edildiyi bildirilir.
Məlumata görə, Kadırovun kiçik oğlunun korteji yüksək sürətlə hərəkət edirmiş. Yolda qəfil yaranan maneə səbəbindən avtomobillər bir-birinə çırpılıb və çoxsaylı xəsarət alanların olduğu qeyd edilir. Qəzanın ardından Qroznının mərkəzi küçələrinin bağlandığı, təhlükəsizlik qüvvələrinin əraziyə cəlb olunduğu deyilir.
Bundan başqa, Adəmlə birlikdə avtomobildə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu qeyd edilir.
Reklam
Oxşar xəbərlər
Oktay Kaynarcanın narkotik testinin nəticəsi açıqlandı
16.01.2026
21:31
Türkiyənin məşhur kanalı Doğuşla Xoşqədəmə təzminat ödəyəcək
16.01.2026
15:51
Türkiyəli məşhur aktyorla bağlı üzücü xəbər
16.01.2026
15:32
İranda etirazlarda ölənlərin sayı artdı
16.01.2026
14:27
Təbrizdə hərbi vəziyyət elan edildi
15.01.2026
21:09
Trampdan İranla bağlı növbəti AÇIQLAMA
15.01.2026
10:12
Zelenski fövqəladə vəziyyət elan edəcəyini açıqladı
14.01.2026
23:26
Narkotik istintaqı: Ümit Karan da saxlanıldı
14.01.2026
22:05