“Kabus təyyarəsi”nin səmada səssiz uçuşu – 121 nəfərin öldüyü DƏHŞƏTLİ QƏZA
Kiprdən Praqaya yola düşən “Helios Airways” aviaşirkətinə məxsus 522-ci reys adi bir səhər uçuşu kimi planlaşdırılmışdı. Təyyarədə turistlər, ailələr, uşaqlar vardı. Heç kim bu uçuşun aviasiya tarixində ən faciəli və eyni zamanda ən müəmmalı hadisələrdən birinə çevriləcəyini düşünmürdü. Lakin havaya qalxdıqdan qısa müddət sonra baş verənlər bu reysi sonradan “kabus təyyarəsi” adı ilə yaddaşlara həkk etdi.
Təyyarə Kiprin Larnaka hava limanından qalxdıqdan sonra ekipajla yerüstü xidmət arasında əlaqə tədricən kəsildi. Pilotların cavab verməməsi dispetçerlərdə narahatlıq yaratdı. Radioda yalnız səssizlik vardı. Təyyarə isə autopilot rejimində uçuşunu davam etdirirdi. Sanki göy üzündə idarəsiz, amma istiqamətli bir kölgə kimi irəliləyirdi.
Bir müddət sonra Yunanıstanın hava məkanına daxil olan təyyarə hərbi radarlar tərəfindən aşkar edildi. Hərbi qırıcılar havaya qaldırıldı. Onlar təyyarəyə yaxınlaşanda dəhşətli mənzərə ilə qarşılaşdılar. Kabinədə hərəkətsizlik hökm sürürdü. Pilot kresloları boş idi, sərnişinlər isə huşsuz vəziyyətdə oturmuşdu. Heç bir təlaş, heç bir hərəkət yox idi. Sanki zaman həmin an donmuşdu.
Araşdırmalar daha sonra göstərdi ki, uçuş zamanı təyyarənin kabinəsində təzyiq tədricən azalıb. Kabin təzyiqinin azalması insanlarda hipoksiya — yəni oksigen çatışmazlığı yaradır. Bu vəziyyət insanın əvvəlcə diqqətini, sonra isə huşunu itirməsinə səbəb olur. Ən təhlükəlisi isə odur ki, hipoksiya zamanı insan başına gələnləri dərk edə bilmir və vəziyyətin ciddiliyini anlamadan huşunu itirir.
Məlum oldu ki, texniki baxışdan sonra kabin təzyiq sistemi avtomatik rejimdən əl rejiminə keçirilib və uçuşdan əvvəl bu vəziyyət bərpa olunmayıb. Havaya qalxdıqdan sonra xəbərdarlıq siqnalları səslənsə də, pilotlar bunu başqa texniki problem kimi qəbul ediblər. Bu yanlış anlaşılma saniyələrlə ölçülən vaxtın itirilməsinə gətirib çıxarıb.
Pilotların gördüyü mənzərə reallıq çərçivəsinə sığmırdı: kabin tamamilə hərəkətsiz, sərnişinlər oturacaqlarında çökmüş vəziyyətdə, yalnız bir stüardessa oksigen maskası ilə hələ də huşunu itirməmişdi və vəziyyət nəzarətdən çıxmasına baxmayaraq təyyarəyə nəzarəti bərpa etməyə çalışırdı.
Nəhayət, təyyarənin yanacağı bitdi, mühərriklər dayandı və o, Afinaya yaxın təpələrə çırpılaraq 121 nəfərin hamısının həyatını aldı.
Bu faciə aviasiya tarixində təkcə insan itkisi ilə deyil, həm də dərsləri ilə yadda qaldı. Hadisə göstərdi ki, ən müasir texnologiyalar belə insan diqqətsizliyi və yanlış qərarlar qarşısında aciz qala bilər. Bir düymənin vəziyyəti, bir siqnalın düzgün anlaşılmaması yüzlərlə insanın həyatına başa gələ bilər.
“Helios Airways”in beş yüz iyirmi ikinci reysi bu gün də aviasiya məktəblərində, təhlükəsizlik təlimlərində nümunə kimi göstərilir. Bu uçuş səmada səssizliyin nə qədər ölümcül ola biləcəyini sübut edən acı bir xatirədir.
Bu faciə təkcə Avropanın ən ağır aviasiya qəzalarından biri kimi tarixə düşmədi, həm də həmin aviaşirkətin fəaliyyətinə son qoydu. Göylərdə təkbaşına uçan bu təyyarə bəşəriyyətə xatırlatdı ki, bəzən tək bir səhv talelər dəyişəcək böyük faciəyə çevirə bilər.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bura düşən bir də çıxmaq istəmir – Dünyanın ən lüks həbsxanaları
Arvadınız sizdən daha çox qazanırsa, narahat olmayın – Münasibətlərinizi belə QORUYUN!
Evlilikdə “cinsi münasibət məcburiyyəti” ləğv edildi – QƏRAR
Bir ailənin 11 üzvü EDAM EDİLDİ
Ətir seçimi təkcə qoxu deyil – Mütəxəssis açıqladı
Doğum tarixinizə uyğun SİTAT – Həyatınızı dəyişdirə bilər
Qiyamət günü saatı yeniləndi – Bəşəriyyət üçün SON XƏBƏRDARLIQ
Onlar dünyanın ən əxlaqsız ölkələri seçildi – SİYAHI