“K-beauty” axınını dünyaya tanıdan məşhur influenser öldü – FOTO
Əsl adı Li Da-sol olan və sosial mediada Daddoa adı ilə tanınan 29 yaşlı fenomenin 16 dekabrda həyatını itirdiyi açıqlanıb.
Az24.az xəbər verir ki, məlumatı onunla çalışan “Leferi Beauty Entertainment” agentliyi təsdiqləyib. Ölüm səbəbi ailənin istəyi ilə açıqlanmayıb.
Daddoa Cənubi Koreyaya məxsus dəriyə qulluq və makiyaj anlayışı olan “K-beauty”nin qlobal miqyasda tanınmasında önəmli rol oynayan simalardan biri hesab olunurdu. O, YouTube və digər platformalarda milyonlarla izləyici toplamış, Koreya kosmetik məhsullarının beynəlxalq bazarlara çıxarılmasına töhfə vermişdi.
Fenomenin ani ölümü həm Cənubi Koreyada, həm də dünya üzrə pərəstişkarları arasında böyük kədər doğurub. Sosial şəbəkələrdə onunla bağlı çoxsaylı vida mesajları paylaşılıb.

Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
11.01.2026
23:18
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
11.01.2026
21:02
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
11.01.2026
20:39
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
11.01.2026
18:43
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
11.01.2026
17:35
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
11.01.2026
13:00
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO
11.01.2026
12:31
Rusiyanın hücumuna görə BMT TŞ-nin fövqəladə iclası keçiriləcək
11.01.2026
10:23