İxtisar zamanı bu şəxslərə toxunulmayacaq
İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısında dəyişiklik edilib.
AZ24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin işdə saxlanmasına üstünlük verilməyəcək.
Mövcud qanunvericiliyə görə, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
şəhid ailəsinin üzvlərinə;
müharibə iştirakçılarına;
əsgər və zabit arvadına (ərinə);
öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;
məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Reklam
Oxşar xəbərlər
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Minimum əmək haqqı anlayışı dəyişdirildi
Bu yolda sürət həddi endirildi
Sosial şəbəkələrdə bunu edənlər cəzalandırılacaq
Azərbaycana soyuq hava dalğası gəlir
Valideynlik hüquqları hansı hallarda məhdudlaşdırılır?
Maaşlar ayda 2 dəfə veriləcək – YENİ QAYDA