İstəyirsiz Bethoven çaldırın, ölüyə faydası yoxdur – Elşad Miri
Azərbaycanda geniş yayılan adətlərdən biri insan vəfat etdikdən sonra “Quran” oxumaqdır. Mollalar isə ölən şəxs üçün “Quran” oxuduqlarını bildirərək xətm edirlər. Xətm etmək üçün ödənişlər isə 100- 250 azn arasında dəyişir. Bəzi insanların maddi büdcəsi uyğun olmasa belə, bunu məsuliyyət, vəzifə borcu kimi düşünüb etməyə çalışırlar.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, edilənlərin ölən insan üçün hansısa faydası yoxdur: “Vəfat edən insan üçün istəyirsinizsə, “Quran” oxutdurun, istəyirsiniz, Bethoven çaldırın, brilliantdan nəisə qoydurun, heç bir faydası yoxdur. Çünki ölən insan üçün artıq “kitab” bağlanıb. Yanlız sağlığında etdiyi əməlləri, yaxşılıqları və ya pislikləri aparır. Məsələn, Yasin surəsi oxunur. “Quran”da 6 236 ayə var və onlardan yalnız bir ayə Yasin surəsində keçir ki, burada Quranın dirilər üçün olduğu xüsusi vurğulanır. Bununla yanaşı Yasin surəsinin 21-ci ayəsində qeyd edilir ki, sizdən heç bir mənfəət güdməyənlərə tabe olun. Burada isə kimsə öz mənfəəti üçün gəlib “Quran” oxuyur. “Xətm” sözü belə sonradan uydurulub.
Elə bilirsiniz, mollalar gəlib xətm edir? Peyğəmbərin adından belə bir hədis uydurulub ki, İxlas surəsi “Quran”ın üçdə biridir. Ona görə də ən kiçik surələrdən olan İxlas surəsini üç dəfə oxuyurlar, deyirlər “Quran”ı xətm etdik. Sonra da üfürürlər, kiminsə ruhuna göndərirlər.
Əstəğfürullah, elə bil, Allah poçtalyondur, ona göndərirlər, sonra da deyirlər, flankəslərin arasında böl. Belə bir din ola bilər? Bunların hamısı İslamın ruhuna, mahiyyətinə ziddir. İslam dini dirilər üçündür. İnsanın bu həyatda yol xəritəsidir. Bunun düzgün başa düşüb, analiz edib həyatı ona görə yaşamaq lazımdır”.
Reklam
Oxşar xəbərlər
Baş nazir bu tibb işçiləri ilə bağlı QƏRAR imzaladı
Hacıbala Abutalıbov bu kəndə köçüb
Bakıdan Qəbələyə hər gün qatarla gedə biləcəksiniz
MİQ imtahanları ödənişli olacaq
Bu məlumatları sosial şəbəkələrdə paylaşmaq qadağan olundu
Hava KƏSKİN DƏYİŞİR: 6 gün qar yağacaq, 20 dərəcə şaxta olacaq