İşıq və qazda yeni tarif: Nə qədər ödəyəcəyik?
Yeni sabit tarifin tətbiq edilməsi qazın və elektrikin tarifinin hesablanmasına heç bir dəyişiklik etmir. Hər ay abonentlər qaza görə 1 manat, işığa görə də 1 manat sabit tarif ödəyəcək.
“AZ24” xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli elektrik enerjisi və təbii qaz üçün sabit tariflərin müəyyən edilməsini izah edərkən deyib.
“Bir manatlıq sabit tarifin elektrik enerjisinin sərfiyyatına dəxli yoxdur. Ümumiyyətlə, vətəndaş elektrik enerjisi istifadə etmədiyi aylarda da bu 1 manatı ödəməli olacaq.
Bir neçə ay əvvəl “Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında” Qanuna dəyişikliklər edildi və bu dəyişikliklər artıq yanvarın 1-dən qüvvəyə minir. Sadəcə olaraq, indi sabit tarifin qiyməti (1 manat) müəyyənləşdi”, – ekspert qeyd edib.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası