İşğal olunan Ukrayna ərazilərində rus əhalisi artırılacaq – Yeni strategiya

İşğal olunan Ukrayna ərazilərində rus əhalisi artırılacaq – Yeni strategiya

Dünya 27.11.2025 19:45 21

Rusiya Prezidenti Vladimir Putin ölkənin milli siyasət strategiyasında yeni dövrə start verib.

Az24.az xəbər verir ki, Putin işğal altındakı Ukrayna bölgələrində rus əhalisinin sayını artırmağı hədəfləyən və 2036-cı ilə qədər qüvvədə olacaq Milli Siyasət Strategiyasını təsdiqləyən fərman imzalayıb.

Yeni strategiya 6 bölmə və 61 maddədən ibarətdir. Sənəddə ümumi müddəalarla yanaşı, Rusiyada mövcud olan etnik qruplar arasındakı münasibətlərin qiymətləndirilməsi də yer alır. Digər bölmələr isə milli siyasətin məqsədləri, prinsipləri, prioritetləri və bu siyasətin regionlarda tətbiqinə həsr olunub.

“2036-cı ilə qədər Rusiyanın Milli Siyasət Strategiyası” adlanan sənədə görə strategiyanın əsas məqsədi aşağıdakılardır:

-Rusiyanın tarixi olaraq formalaşmış birliyini və ərazi bütövlüyünü qorumaq;

-Daxili sabitliyi təmin etmək;

-Xalqların harmonik inkişafını və rifahını dəstəkləmək;

-Rusiyanın çoxmillətli əhalisinin birliyini “unikal sivilizasiya-dövlət” modeli kimi gücləndirmək.

Qeyd edək ki, əvvəlki Milli Siyasət Strategiyası 2012-ci ildə qəbul edilmişdi və 2025-ci ilə qədər qüvvədə qalması nəzərdə tutulurdu. Bu sənəd 2018 və 2024-cü illərdə iki dəfə dəyişdirilmişdi.

Yeni strategiya əvvəlki 37 maddəlik sənədlə müqayisədə daha geniş hədəfləri, konkret rəqəmləri və gözlənilən nəticələri əhatə edən daha əhatəli çərçivə təqdim edir

Reklam