İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.
Az24.az xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.
Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub.
2013-cü ildə Nəsimi RİH-də humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib.
Gülarə Verdiyeva 2010-cu ildə parlament seçkisində deputatlığa namizəd olsa da, qalib gələ bilməmişdi.
Onu da əlavə edək ki, hazırda Nəsimi RİH-də rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri Gülarə Verdiyevadır, digəri isə müavin Zahid Xəlilov. Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri – baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcranın digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gələr-gəlməz işdən çıxarmışdı.
Xatırladaq ki, Elxan İbrahimov noyabrın 12-də Nəsiminin icra başçısı təyin edilsə də, işində yol verdiyi nöqsanlara görə növbəti ay vəzifəsindən azad olunmuşdu. (Teleqraf.az)
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı
Gömrük Postunun rəisi vəzifəsindən azad edildi – FOTO