İş müsahibələri çoxları üçün stresli bir prosesdir. Müsahibə zamanı verilən suallara düzgün və təsirli cavab vermək isə bəzən göründüyündən daha çətindir. Xüsusilə böyük şirkətlərdə bir vəzifə üçün seçimin onlarla, hətta yüzlərlə namizəd arasından edildiyini nəzərə alsaq, hazırlıqlı olmaq daha da vacibdir.
Az24.az xəbər verir ki, türkiyəli davranış elmləri üzrə mütəxəssis Aşkım Kapışmak iş axtaranlar üçün ən effektiv cavab nümunələrini belə açıqlayır:
1. “Özünüzü qısa şəkildə təqdim edin.”
Nümunə cavab:
“Analitik düşüncəyə sahib, öyrənməyə açıq və komanda işinə uyğun biriyəm.”
Bu cavab sizin həm özünü tanıyan, həm də ünsiyyətə açıq biri olduğunuzu göstərir.
2. “Səhv etdikdə necə davranırsınız?”
Nümunə cavab:
“Səhvimin məsuliyyətini qəbul edir, səbəbini araşdırır və təkrarlanmaması üçün tədbir görürəm.”
Bu, peşəkar və məsuliyyətli olduğunuzu vurğulayır.
3. “Niyə bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüz?”
Nümunə cavab:
“Bilgi və təcrübəmin bu vəzifənin tələblərinə cavab verdiyini hesab edirəm.”
Özünəinamlı, amma təvazökar bir namizəd təsiri yaradır.
4. “İdeyanız qəbul edilməyəndə reaksiyanız necə olur?”
Nümunə cavab:
“Niyə qəbul olunmadığını anlamağa, rəy və təkliflərdən öyrənməyə çalışıram.”
Bu, emosiyalarını idarə edə bilən, olğun bir işçi olduğunuzu göstərir.
5. “İşi vaxtında çatdıra bilməyəcəyinizi hiss etsəniz nə edərsiniz?”
Nümunə cavab:
“Vaxtında məlumat verir və prosesi sürətləndirmək üçün əlavə həll yolları axtarıram.”
Planlı, şəffaf və böhran anında soyuqqanlı olduğunuzu göstərir.
6. “Məsuliyyət götürmək sizi qorxudur?”
Nümunə cavab:
“Xeyr, əksinə məsuliyyət mənə özünəinam verir, çünki idarə proses mənim əlimdə olur.”
Bu cavab liderlik potensialını ön plana çıxarır.
7. “İş həyatında sizi ən çox nə motivasiya edir?”
Nümunə cavab:
“Əməklə ortaya çıxan nəticəni görmək və fayda vermək mənə böyük motivasiya verir.”
Çalışqan və dəyər yaradan biri kimi görünəcəksiniz.
8. “Çətin insanlarla işləmək sizin üçün necədir?”
Nümunə cavab:
“Professional sərhədləri qoruyur, mümkün olduqca konstruktiv ünsiyyət qurmağa çalışıram.”
Səbirli, çevik və münasibətlərdə güclü olduğunuzu göstərir.
9. “İş yoldaşınızla fikir ayrılığı yaşasanız nə edərsiniz?”
Nümunə cavab:
“Münasibəti pozmadan öz fikrimi izah edir və ortaq məxrəcə gəlməyə çalışıram.”
Hörmətli, diplomatik və komanda yönümlü olduğunuzu göstərir.
Bu cavab nümunələri müsahibələrdə sizə güclü və pozitiv bir namizəd obrazı yaratmağa kömək edə bilər.