İranla bağlı QORXUNC İDDİA: Ölənlərin sayı 20 minə çatır
İranda hökumət əleyhinə etirazlar zamanı baş verən insan tələfatı ilə bağlı narahatedici məlumatlar yayılıb. Bildirilir ki, ölənlərin sayı indiyədək açıqlanan rəqəmlərdən xeyli çox ola bilər.
Az24.az xəbər verir ki, bu barədə CBS News İranda olan və adları açıqlanmayan iki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, indiyədək azı 12 min nəfərin həlak olduğu iddia olunur. Lakin real rəqəmin 20 minə qədər yüksəlməsi ehtimal edilir.
Bildirilir ki, təhlükəsizlik qüvvələri Tehrandakı çoxsaylı özəl xəstəxanalara gedərək, etirazlar zamanı xəsarət alan və müalicə olunan şəxslərin ad və ünvanlarının təqdim edilməsini tələb edir, tibbi heyəti isə hədələyirlər.
Məqalədə qeyd olunur ki, internetdə Tehran yaxınlığındakı morqda 400-dən çox cəsədi əks etdirən video yayılıb. Video iranlı fəal Vahid Online tərəfindən paylaşılıb. O, bu görüntüləri rabitə məhdudiyyətləri səbəbindən faylı yükləmək üçün yüzlərlə kilometr yol gedən bir mənbədən əldə edib. Kadrlarda ağır güllə yaraları olan insanların cəsədləri və morqda yığılmış qanlı geyimlər görünür.
Məlumatda vurğulanır ki, ölkədə vəziyyətlə bağlı məlumat axınının məhdud olması səbəbindən real mənzərənin daha ağır ola biləcəyi istisna edilmir.
Dəniz
Reklam
Oxşar xəbərlər
Rza Pəhləvidən orduya ÇAĞIRIŞ: Rejimə qarşı qalxın!
Rza Pəhləvi ilə gizli görüş
Tramp İran xalqına müraciət etdi: “Kömək yoldadır”
Məhkəmə iclasında QAN TÖKÜLDÜ: Prokuror hakimi silahla vurdu
Oktay Kaynarca da saxlanıldı
18-35 yaşlı bu şəxslərə 500 min veriləcək – ŞAD XƏBƏR
İran pulu “sıfır”a düşdü – TARİXİ ÇÖKÜŞ
ABŞ-dan İrana HƏMLƏ: 25 faiz gömrük vergisi tətbiq edəcək