İrandan Aİ-yə CAVAB: Avropa orduları “terrorçu” elan ediləcək
İran Avropa İttifaqının (Aİ) İnqilab Keşikçiləri Ordusunu terror siyahısına daxil etməsinə cavab verib.
Az24.az xəbər verir ki, İran Milli Təhlükəsizlik Yüksək Şurasının baş katibi Əli Laricani bildirib ki, bu qərara uyğun olaraq Aİ-yə üzv ölkələrin orduları “terrorçu” elan ediləcək və yaranacaq nəticələrə görə Avropa liderləri məsuliyyət daşıyacaq.
“Avropa İttifaqı bilir ki, İran parlamentinin qərarına əsasən, Aİ-nin İnqilab Keşikçiləri Ordusu ilə bağlı son qərarında adı çəkilən ölkələrin orduları terrorçu hesab olunur. Buna görə də belə bir addımın nəticələrinə görə həmin Avropa ölkələri məsuliyyət daşıyacaq.”
Laricani xatırladıb ki, İran Parlamenti hələ 2023-cü ildə belə bir addım atılacağı təqdirdə qarşı tədbirlərin görülməsini nəzərdə tutan qanun qəbul edib.
Aİ isə İnqilab Keşikçiləri Ordusunun terror siyahısına salınmasını İran rejiminin daxili repressiyaları ilə əsaslandırıb.
Dəniz
Reklam
Oxşar xəbərlər
ABŞ–İran gərginliyi pik həddə çatdı – Hücum bu tarixdə başlayır
Fatih Ürek vəfat etdi
Tanınmış azərbaycanlı polkovnik vəfat etdi – FOTO
Xamenei o təyyarədə Moskvaya qaçır – ŞOK İDDİA
ABŞ-də fövqəladə vəziyyət elan edildi
ABŞ-İran müharibəsi başlaya bilər – Yaxın 48 saat ərzində…
Dəhşətli təyyarə qəzası: 15 nəfər öldü
Toy kortejində qəza: iki azərbaycanlı həlak oldu