İrana hücum bu axşam başlayacaq – Türkiyəyə XƏBƏRDARLIQ

İrana hücum bu axşam başlayacaq – Türkiyəyə XƏBƏRDARLIQ

Dünya 14.01.2026 18:48 124

ABŞ-ın mümkün hücumu baş versə, İran Səudiyyə Ərəbistanı, BƏƏ və Türkiyədəki ABŞ hərbi bazalarına zərbələr endirəcək. Tehran bu ölkələri Vaşinqtonun hərbi müdaxiləsinin qarşısını almağa çağırıb.

Az24.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə İranın yüksək rütbəli rəsmisi Prezident Donald Trampın kütləvi antihökumət etirazları fonunda müdaxilə ilə bağlı təhdidindən sonra bəyanat verib.

Gərginlik fonunda Qətərdə yerləşən ABŞ-ın Əl-Üdeyd hərbi bazasındakı ikinci dərəcəli heyətə axşam saatlarınadək bazanı tərk etmələri tövsiyə olunub. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Təl-Əvivdən naməlum istiqamətə yola düşdüyü bildirilir.

Amerika aviasiyasının artan aktivliyi və “Sion Qanadı” təyyarəsinin planlaşdırılmamış uçuşu mediada ötən il ABŞ-ın İrana endirdiyi zərbələr öncəsi baş verən hadisələrlə müqayisə olunur.

Reklam