İran “Sarı gəlin”i erməni mahnısı kimi təqdim etdi – VİDEO

İran “Sarı gəlin”i erməni mahnısı kimi təqdim etdi – VİDEO

Dünya 26.12.2025 11:50 67

Azərbaycanın “Sarı Gəlin” xalq mahnısı İranda erməni və fars dillərində ifa edilib.

AZ24.az Kult.az-a istinadən xəbər verir ki, Azərbaycan xalq mahnısı İran dövlət televiziyasının efirində Araz Torosyanın (Araz Dare) ifasında erməni və fars dillərində “Sarı Ağçık” adı ilə səsləndirilib.

İranın rəsmi xəbər agentliyi xalq mahnısını erməni musiqisi kimi qələmə verib.

Qeyd edək ki, Araz Torosyan erməni əsilli iranlı bəstəkardır.

Reklam