İran ABŞ hərbçiləri üçün 5 min məzar hazırladı
İranın yarı rəsmi Mehr Xəbər Agentliyinin Beheşti Zehra Məzarxanası İdarəsinə istinadən yaydığı xəbərə görə, Tehranda ABŞ hərbçilərinin müvəqqəti dəfn olunması üçün təxminən 5 min məzar hazırlanıb.
Az24.az xəbər verir ki, məzarların hazırlanmasının ABŞ-ın İran üzərinə mümkün hücumuna qarşı alınan preventiv tədbirin bir hissəsi olduğu vurğulanıb. Lakin hazırlığın əhatəsi və detalları ilə bağlı rəsmi sənəd və ya plan açıqlanmayıb.
İranlı rəsmilər məzarların qazıldığı iddiasına dair heç bir rəsmi açıqlama verməyib. Tehranın susqunluğu iddiaların doğruluğu barədə müzakirələri də gündəmə gətirib.
Digər tərəfdən, ABŞ-ın İrana hücum ehtimalı gündəmdə olarkən, İran dini lideri Ayətullah Əli Xameneyin müşaviri Əli Şemhani “Hər hansı bir hücuma cavabımız Tel-Əvivin qəlbinə çatacaq” deyib.
Dəniz
Reklam
Oxşar xəbərlər
ABŞ-la danışıqlara hazırıq – Əraqçi
İrandan Aİ-yə CAVAB: Avropa orduları “terrorçu” elan ediləcək
ABŞ–İran gərginliyi pik həddə çatdı – Hücum bu tarixdə başlayır
Fatih Ürek vəfat etdi
Tanınmış azərbaycanlı polkovnik vəfat etdi – FOTO
Xamenei o təyyarədə Moskvaya qaçır – ŞOK İDDİA
ABŞ-də fövqəladə vəziyyət elan edildi