İpotekaya yararlı mənzillər kəskin bahalaşdı – VİDEO

İpotekaya yararlı mənzillər kəskin bahalaşdı – VİDEO

Cəmiyyət 10.01.2026 14:53 29

İpoteka predmeti olan daşınmaz əmlakın qiymətində ciddi artım müşahidə olunur.

Az24.az Xəzər TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə hazırki bazarda 200 min manat dəyərində daşınmaz əmlakın qiymətində son 6 ayda  5-7 min manat arası artım müşahidə olunur. Qiymətlər isə mənzilin sahəsinə və yerləşdiri yerin bazar dəyərinə uyğun olaraq hesablanır.

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bazarda müşahidə olunan qiymət artımına paralel olaraq əgər daşınmaz əmlak ipoteka şərtlərinə uyğundursa qiyməti biraz da artır ki, buna da səbəb mənzilin təklif edilən qiymətə daha tez satılmasıdır.

Elnur Azadovun sözlərinə görə, 1 və 2 otaqlı mənzillərdə qiymət artımı daha çoxdur.

Ekspert bildirib ki, şəhər daxilində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq bazarda tələbin təklifi üstələməsi də qiymət artımına səbəb olan amillərdən biridir.

Reklam