İntim videolarla məşhurlaşan Zaur azadlığa çıxdı
Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb.
Az24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bir az əvvəl əvvəl saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.
Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı 3 il 3 aylıq həbs cəzasını günə-gün başa vurub.
Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Onun xidməti otağında bir neçə qadın əməkdaşla çəkilmiş intim videolar uzun müddət ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu.
Reklam
Oxşar xəbərlər
“Velizar” illər ərzində belə DƏYİŞDİ – VİDEO
Magistraturaya qəbul imtahanı bu tarixdə olacaq
“Epşteyn sənədləri”ndə 2 azərbaycanlının da adı var – Biri keçmiş nazir, biri deputatdır – FOTO
Yaxın günlərdə qar və çovğun olacaq? – Rəsmi
Bu ərazilərdə su kəsildi
Avtobus idarə edəcək qadın sürücülərin sayı ARTIRILIR
Şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZ