İnternetdə bu informasiyanın yayılması qadağan ediləcək
İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişləndirilir.
AZ24.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:
– kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına ve milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Reklam
Oxşar xəbərlər
Bakının bu ərazilərində qaz olmayacaq – XƏBƏRDARLIQ
Bu şəxslərə 1000 manat bayram mükafatı verildi
Prezident onları TƏLTİF ETDİ
Nicat Məmmədli yüksək vəzifəyə TƏYİN EDİLDİ
Sabah işıq kəsiləcək – Bu ərazilərdə
Metro və avtobuslarda ödənişlər belə olacaq – AÇIQLAMA
Bu məcburi köçkünlərin evləri təmir olunacaq
Sumqayıtın bu ərazilərində qaz kəsiləcək