İnternet kəsilə, işıqlar sönə bilər – NASA xəbərdarlıq etdi
NASA və ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) Günəşdə baş verən güclü partlayışla əlaqədar yaxın günlərdə Yerə təsir edə biləcək geomaqnit qasırğası barədə rəsmi xəbərdarlıq yayıb.
Məlumata görə, noyabrın 30-da Günəş səthində koronal kütlə atılması qeydə alınıb və bunun nəticəsində yaranan maqnit dalğalarının 3–4 dekabr tarixlərində Yerə çatacağı proqnozlaşdırılır. Qasırğanın orta səviyyəli təsir gücünə malik olacağı bildirilib.
Ekspertlərin sözlərinə görə, geomaqnit aktivliyi radio siqnallarına, peyk rabitəsinə, GPS naviqasiya sistemlərinə və bəzi elektrik xətlərinə qısamüddətli təsir göstərə bilər. Mobil internet və peyk üzərindən yayımlanan xidmətlərdə fasilələr yaşanması ehtimal edilir.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, Günəş fəaliyyətində artım bəzi regionlarda şimal işıqlarının görünmə ehtimalını yüksəldir. Bu nadir təbiət hadisəsinin xüsusilə yüksək enliklərdə müşahidə oluna biləcəyi istisna edilmir.
NASA və NOAA geomaqnit vəziyyətini davamlı şəkildə izlədiklərini və zərurət yaranacağı halda yeni məlumatlar paylaşılacağını açıqlayıb.
Altay
Reklam
Oxşar xəbərlər
İranda qrip təhlükəsi – İlk ölüm qeydə alınıb
Türkiyə ilk dəfə NATO ölkəsinə hərbi gəmi satdı
Avropa qazı daha baha qiymətə almaq məcburiyyətində qalacaq – Peskov
ABŞ 19 ölkədən miqrant müraciətlərini dayandırdı
Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır
Avropa Rusiya qazından tam imtina edir – BU TARİXDƏN