İnsanların ən bədbəxt olduğu yaş açıqlandı – ARAŞDIRMA
Aparılan elmi araşdırma insanların həyatında ən bədbəxt olduqları yaş dövrünü müəyyənləşdirib. Böyük Britaniyada Dartmut Universitetində çalışan alimlər bu mövzuda genişmiqyaslı tədqiqat aparıblar.
Professor David G. Blançflauerin rəhbərliyi ilə həyata keçirilən araşdırmanın nəticələrinə görə, insanların özlərini ən bədbəxt hiss etdikləri yaş 49-dur. Alimlər bu nəticəyə Avropa və ABŞ daxil olmaqla bir çox ölkədən toplanan məlumatların təhlili əsasında gəliblər.
Araşdırmada qeyd olunur ki, 49 yaş dövründə iş həyatında artan stress, şəxsi həyatda çoxalan məsuliyyətlər, reallaşmayan arzular və qurulan planların istənilən kimi baş tutmadığını anlamaq insanın psixoloji vəziyyətinə ciddi təsir göstərir. Bu dövr bir çoxları üçün orta yaş böhranı ilə də üst-üstə düşür.
Bununla belə, tədqiqatın maraqlı tərəfi ondan ibarətdir ki, 50 yaşdan sonra insanların həyat məmnuniyyəti artmağa başlayır. İnsanlar bu mərhələdə gözləntilərini yenidən formalaşdırır, daha real düşünür və daxili rahatlığa qovuşurlar.
Mütəxəssislərin fikrincə, bu yaşdan sonra qurulan münasibətlər daha sağlam və sabit olur. Araşdırma göstərir ki, orta yaş böhranının çətinliklərinə baxmayaraq, sonrakı illər daha sakit, dolğun və məmnun bir həyat üçün yeni imkanlar yaradır.
Dəniz
Reklam
Oxşar xəbərlər
Avropada yaz tətili üçün ən yaxşı YERLƏR
Dubay qanunları: Ağlınıza gəlməyəcək QADAĞALAR
Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alır?
“Dünyanın sonu”na cəmi bir neçə gün qaldı – QORXULU PROQNOZ
Nostradamusdan DƏHŞƏTLİ PROQNOZ: Dünyanın sonu yaxınlaşır
Elm dünyasında 2026-da gözlənilən KƏŞFLƏR