az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
İmmuniteti gücləndirən 10 QIZIL QAYDA

İmmuniteti gücləndirən 10 QIZIL QAYDA

Sağlamlıq 05.02.2026 21:43 2484

Soyuq hava, qapalı məkanlar və artan infeksiya riski orqanizmi müdafiəsiz qoyur. Mütəxəssislər bildirirlər ki, immun sistemini gücləndirmək təkcə düzgün qidalanmaqla yox, eyni zamanda doğru qidaları doğru zamanda qəbul etməklə mümkündür.

Onlar qış aylarını xəstəliklərdən uzaq keçirməyin 10 təsirli yolunu açıqlayıblar.

Yeməklərə gündə bir diş sarımsaq əlavə edin

Sarımsaq tərkibindəki allisinin sayəsində antibakterial və antiviral təsir göstərir. Müntəzəm istifadə edildikdə sarımsaq immun hüceyrələrinin fəaliyyətini artırır. Gündə bir diş çiy və ya əzilərək yeməyə əlavə edilən sarımsaq soyuqdəyməyə qarşı qoruyur. Xüsusilə şorba və sulu yeməklərə bişirmənin sonunda əlavə edildikdə daha təsirli olur.

Sarıkök və qara bibəri birlikdə istifadə edin

Sarıkökün əsas təsiredici maddəsi olan kurkumin orqanizmdə təkbaşına cəmi 2 faiz mənimsənilir. Qara bibərdəki piperinlə birlikdə qəbul edildikdə isə bu göstərici 20 faizə qədər yüksəlir. Bu kombinasiya güclü antiinflamator təsir göstərərək immuniteti dəstəkləyir. Gündə bir çay qaşığı sarıkök və bir çimdik qara bibəri şorba, omlet və ya isti südlə qəbul edə bilərsiniz.

Həftədə ən az iki dəfə süfrənizdə balıq olsun

Həftədə ən az iki dəfə somon, skumbriya və ya sardina yeməyi vərdiş halına gətirin. Bu balıqlardakı omega-3 yağ turşuları iltihabı azaldır və immun hüceyrələrinin funksiyasını gücləndirir. Sağlamlıq üçün balığı sobada və ya qril üsulu ilə bişirmək tövsiyə olunur.

Gündə 1,5 litr su içməyi unutmayın

İmmun hüceyrələrinin böyük hissəsi limfa sistemi vasitəsilə daşınır. Su çatışmazlığı limfa axınını zəiflədir və immun cavabın gecikməsinə səbəb olur. Su həm də toksinlərin orqanizmdən atılmasına və selikli qişaların müdafiə gücünün artmasına kömək edir. Susuz qalmaq immuniteti sürətlə zəiflədir. Buna görə susuzluq hiss etməsəniz belə, gündə 1,5 litr (6–8 stəkan) su içməyə diqqət edin.

Hər gün bir yumurta vacibdir

Yumurta A və D vitaminləri, sink və keyfiyyətli zülal baxımından zəngindir. Mütəxəssislər bildirir ki, bu vitamin və minerallar immun hüceyrələrinin yaranması və bərpası üçün vacibdir. Gündə bir yumurta xüsusilə mövsüm keçidlərində bədənin müqavimətini artırır. Lakin xolesterin səviyyəsi yüksək olan şəxslər həftədə üç yumurtadan artıq yeməməlidir.

Hər gün bir ovuc çərəz yeyin

E vitamini, sink və sağlam yağlarla zəngin olan çərəzlər immun hüceyrələrini oksidativ stressdən qoruyur. Qozun tərkibindəki alfa-linolen turşusu antiviral müdafiəni də gücləndirir. Gündə bir ovuc (25–30 qram) çiy fındıq, badam və ya qoz immunitet üçün faydalıdır.

Cəfərini limonla birlikdə yeyin

Cəfəri C vitamini və xlorofil baxımından zəngindir. Xlorofil oksigenləşməni artırır və toksinlərin atılmasına kömək edir. Səhər yeməyində və ya salatlarda istifadə etmək qış xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Limonla birlikdə qəbul edildikdə C vitamininin təsiri daha da artır.

Probiotik mənbələrini unutmayın

İmmunitetin təxminən 70 faizi bağırsaqlarda formalaşdığı üçün probiotiklər güclü immun sisteminin qurulmasında mühüm rol oynayır.

C vitamini mənbəyi meyvələr mütləqdir

C vitamini ağ qan hüceyrələrinin istehsalını artıraraq immunitetin əsas dayaqlarından biri hesab olunur. Portağal, naringi, kivi və çiyələk kimi meyvələr antioksidant təsir göstərir və infeksiyanın müddətini qısaldır. Gündə bir porsiya, yəni 100–150 qram C vitamini mənbəyi meyvə yemək kifayətdir. Həddindən artıq qəbul qan şəkərinin tənzimlənməsini poza bilər. Xüsusilə diabet xəstələri bir porsiyadan artıq yeməməlidirlər.

Şorbalara sümük suyu əlavə edin

Kollagen, prolin və qlisin kimi immuniteti dəstəkləyən amin turşuları ilə zəngin olan sümük suyu bağırsaq baryerini gücləndirir və iltihabi reaksiyanı tarazlayır. Şorba və yeməklərə gündə bir çömçə (təxminən 100 ml) əlavə etmək qış aylarında güclü müdafiə yaradar. Lakin xolesterini yüksək olan şəxslər sümük suyunu həftədə iki dəfədən çox istifadə etməməlidirlər.

Dəniz

Reklam