İmamoğlunu 2352 ilə qədər həbs gözləyir
İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya işi üzrə hazırlanan ittiham məhkəmə tərəfindən qəbul edilib.
Az24.az xəbər verir ki, məlumatı TRT yayıb.
İstanbulun həbsdə olan meri Əkrəm İmamoğlu ilə bağlı istintaq çərçivəsində məhkəmə ümumilikdə 402 nəfər barəsində, o cümlədən 105 nəfər həbsdə olan şübhəli barədə ittiham aktını təsdiqləyib.
İttihamnaməyə əsasən, İmamoğlu üçün 828 il 2 aydan 2352 ilədək azadlıqdan məhrumetmə cəzası tələb olunur.
O, “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq”, “şəxsi məlumatların qeydə alınması”, “şəxsi məlumatları əldə etmək və yaymaq”, “cinayət sübutlarını gizlətmək”, “məlumatları gizlətmək”, “rüşvətxorluq”, “çalışdırıcı məlumatların açıq şəkildə yayılması”, “hədə-qorxu ilə tələb etmə”, “dövlət qurumlarının və təşkilatlarının zərərinə dələduzluq”, “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması”, “tenderlərin saxtalaşdırılması”, “ətraf mühitin qəsdən çirkləndirilməsi” və Vergi Prosessual Qanununun, Meşə haqqında Qanunun və Mədən Qanununun pozulmasında ittiham olunur.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO