“İlin adamı” onlar seçildi – FOTO

“İlin adamı” onlar seçildi – FOTO

Dünya 11.12.2025 21:45 29

“Time” jurnalı 2025-ci ilin “İlin adamı”nı açıqlayıb – bu dəfə fərdi şəxs yox, süni intellekt memarları seçildi.

Amerikanın nüfuzlu “Time” jurnalı 2025-ci ilin “Person of the Year” (İlin adamı) mükafatını “Süni İntellektin Memarları (Architects of AI)” adlı qrupa verib. Bu qrup, süni intellekt texnologiyalarının inkişafında əsas rol oynayan yüksək səviyyəli texnologiya rəhbərləri və tədqiqatçılardan ibarətdir.

Seçilən qrupda “OpenAI”, “Nvidia”, “Meta”, “AMD”, “DeepMind” və digər aparıcı süni intellekt şirkətlərinin rəhbərləri yer alır.

“Time” jurnalının 2025-ci il buraxılışının iki fərqli üz qabığında Nvidianın prezidenti və CEO-su Censen Huand, xAI qurucusu Elon Mask, Anthropic CEO-su Dario Amodei, AMD CEO-su Liza Su, Meta CEO-su Mark Zukerberq, DeepMind CEO-su Demis Hassabis, Stenford Universitetinin İnsan-Mərkəzli Süni İntellekt İnstitutunun həmsədri və World Labs-ın CEO-su Fey-Fei Li, həmçinin OpenAI CEO-su Sam Altman təsvir olunur. Seçilmiş şəxslər qlobal gündəmdə bu il ən çox təsir göstərənlər kimi qiymətləndirilib.

Dəniz

Reklam