İlhamə Quliyevanın bacısı qızından yarım milyonluq dələduzluq – FOTO
Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova bir sıra vətəndaşlardan külli miqdarda pul və qızıl zinət əşyalarını mənimsəyərək dələduzluq edib.
AZ24.az xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova bir neçə vətəndaşın etibarını qazanaraq onlardan külli miqdarda pul, qızıl zinət əşyaları alıb və geri qaytarmayıb.
Məlumata əsasən, N. Həsənova götürdüyü pul vəsaitlərinin və zinət əşyalarının bir hissəsini borclarını ödəməyə xərcləyib, digər hissəsini isə lombarda qoyub.
İddialara görə, o, Pakizə Əliyeva adlı vətəndaşdan 146 290 manat pul vəsaiti və 700 qram qızıl, Lalə Rüstəmovadan 650 qram qızıl, həmçinin İlqar Əliyevdən 50 000 manat alaraq geri qaytarmayıb. Bundan başqa, Nigar Həsənovanın daha bir sıra şəxslərə qarşı dələduzluq etdiyi, külli miqdarda pul və zinət əşyaları mənimsədiyi bildirilir.
Hazırda bununla bağlı polis orqanlarında araşdırma aparıldığı qeyd edilib.
Adıçəkilən Nigar Həsənova ilə əlaqə saxlasaq da, o, heç bir cavab vermədən telefonu söndürüb.
Qeyd edək ki, Nigar Həsənova Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.(Manset.az)

Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı