“İlhamə Quliyeva çox qəlblər qırırdı” – Röya

“İlhamə Quliyeva çox qəlblər qırırdı” – Röya

Şou 01.12.2025 11:19 83

Xalq artisti Röya Ayxan bu gün qonaq olduğu “Tarixin bir günü” verilişində Xalq artisti İlhamə Quliyevadan danışıb.

Az24.az xəbər verir ki, aparıcı Tarix Əliyevin “Müğənnilər niyə özünü İlhamə Quliyevanın yerində görmək istəmir” sualına cavab olaraq bildirib ki, o, bir az əsəbi adam idi.

“Bəlkə çox qəlblər qırırdı. Əslində gözəl sənətkardı. amma çox qəlblər qırıb. Ona görə də heç kim onun yerində olmaq istəmir. Biz onun yerində ola da bilmərik, adam dahi idi. Bu gün onun arxasıyca danışanları qəbul etmirəm. Bu cavanların çıxıb kiməsə söz deməyini qəbul etmirəm. Mən özüm də bu səhvləri etmişəm. Etməyək ki, sonra mənim yaşıma gələndə sakitləşdirici dərmanlar qəbul etməyək”.

Dəniz

Reklam