İlham Əliyev Mahmud Abbası təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
Az24.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm.
Biz bundan sonra da Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik. İnanıram ki, Azərbaycan ilə Fələstin arasında xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələri və əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm”.
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı