“İki həyat yoldaşım var, şah kimi yaşayırlar” – Şərurlu İsfəndiyar

“İki həyat yoldaşım var, şah kimi yaşayırlar” – Şərurlu İsfəndiyar

Cəmiyyət 14.12.2025 13:26 107

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Ulvira Qarayevanın aparıcısı olduğu “Həftənin qonağı” proqramında verdiyi açıqlamaları ilə yenidən gündəmə gəlib.

Az24.az xəbər verir ki, o verilişdə iki həyat yoldaşının olduğunu deyib:

“Bir dəfə yeməyə gedəndə bir qadından xoşum gəldi. Elə orada getdim, salamlaşdım. Dedim, mən bu qadını alacağam. Ara qarışdı, durub getdilər. Sonra onun qalınca getdim. Axtardım, tapdım. Öyrəndim ki, “Semoşka”da həkim işləyir. Üç ay dalınca gedəndən sonra razılığa gəldik. Getdim atası ilə razılaşmağa. O da dərman atıb razılıq verdi. Ondan onun 27, mənim isə 50-dən çox yaşım vardı”, – o qeyd edib.

İ.Axundov birinci həyat yoldaşımdan boşanmadığını bildirib.

“Birinci həyat yoldaşımdan boşanmamışam. Razılaşıb o da. İkisi də şah kimi yaşayır. İkisi də xoşbəxtdir. İkisi də deyir ki, sənin ayağına dəyən bizim ürəyimizə dəyir. Bu qədər mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar”.

Daha ətraflı videoda:

Reklam