İki bacı dəm qazından zəhərləndi

İki bacı dəm qazından zəhərləndi

Hadisə 07.01.2026 22:33 10

Lənkəran rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Az24.az xəbər verir ki, hadisə rayonun Separadi kəndində baş verib. Kənd sakinləri — 1958-ci il təvəllüdlü Firayə Cabir qızı Kərimova və onun bacısı, 1972-ci il təvəllüdlü Rəna Cabir qızı Kərimova vanna otağında huşsuz vəziyyətdə aşkar ediliblər.

Hər iki şəxs ağır vəziyyətdə əraziyə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

İlkin ehtimallara görə, bacılar vanna otağında yaranan dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.  (unikal)

Reklam