İcra prosesində mühüm dəyişiklik – Qərar
“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği” müəyyənləşib.
AZ24.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Sənədə əsasən, standart haqq sabit hissədən və icra hərəkətləri ilə bağlı faktiki xərclərdən ibarət olacaq. Pul tələblərində sabit hissə tələb məbləğinə uyğun mərhələli şəkildə hesablanır, əmlak və pul tələbi olmayan işlərdə isə konkret məbləğlər müəyyən edilib.
Qərar, həmçinin standart haqq üzrə avans qaydalarını müəyyən edir. Pul tələblərində sabit hissənin 20 faizi (5 min manatdan çox olmamaqla), vaxtaşırı ödənişlərdə 15 faizi, digər icra sənədlərində isə sabit hissənin 50 faizi avans kimi tələbkar tərəfindən əvvəlcədən ödəniləcək.
Sənəddə əlavə icra haqqının hesablanması meyarları da təsdiq olunub. Əlavə icra haqqı yalnız tələbkarla xüsusi icra məmuru arasında yazılı razılıq əsasında və icranın tam və ya qismən təmin olunduğu hallarda tətbiq ediləcək. Pul tələblərində bu məbləğ ödətdirilmiş vəsaitin 15 faizinədək, digər işlərdə isə tələbin növünə görə 400–4000 manat aralığında müəyyən olunur.
Reklam
Oxşar xəbərlər
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı