İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət

İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət

Sağlamlıq 11.01.2026 17:55 6

Müasir tibbin banisi hesab edilən İbn Sina əsrlər əvvəl qələmə aldığı “Əl-Qanun fit-Tibb” adlı əsərində bir çox təbii müalicə üsullarını paylaşıb.

Az24.az xəbər verir ki, onlardan biri də xüsusilə qış aylarında tez-tez rast gəlinən öskürək, boğaz qıcıqlanması və qrip əlamətlərini yüngülləşdirmək üçün tövsiyə etdiyi ballı şərbət reseptidir.

Balın sakitləşdirici və antibakterial təsirini şəfalı bitkilərlə birləşdirən bu resept, təbii üsullarla rahatlama axtaranlar üçün yenidən gündəmə gəlib.

Mütəxəssislər bildirirlər ki, təbii ballı qarışıqlar boğazı yumşalda və öskürəyi azalda bilər, lakin ciddi tənəffüs yolu infeksiyalarında mütləq həkimə müraciət edilməlidir.

Ballı şərbət necə hazırlanır?
Bal və su zəif odda bişirilir. Üzərinə çıxan köpük yığılır. Qaynadıqdan sonra süzülür.
Əgər şəkər və su istifadə edilərsə, qaynadıqdan sonra köpüyü alınır, daha sonra damla saqqızı, zəfəran, darçın və havlıcan kimi bitkilər əlavə olunur.

Dəniz

Reklam